AZ

Prezident İlham Əliyev: Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular (TAM ÇIXIŞ)

Bakı. Trend:

Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanınabatmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.

Trend xəbərverir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

Prezident İlham Əliyevin çıxışı

- İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinintəməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu MemorialKompleksin açılışına toplaşmışıq.

Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, ermənifaşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı,bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bununməsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dənçox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq ermənifaşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfəritkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindənöldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldıvə torpağa tapşırıldı.

Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünyaictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinətəqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar,qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəalçalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətiniqeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıyaədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondunvitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzindəonun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər,təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çoxkitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistandövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistandövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdıretməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bufaciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimiziucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlıhəqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiznəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımıkimi rəsmən tanıyıb və bu proses davam etdirilir.

“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur. Yenə dədeyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki,beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bufaciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm,Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyəçalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yəyaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi,Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalışəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə sonaddımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbicinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalısoyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmışquldurlar məhkəmə qarşısında cavab verməli oldular.

İkinci Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsindəhərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələritərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçılarınliderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış vəməhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir.Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərəkhəm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir.Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı,rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, hərbicinayətkarları ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəmənitəşkil etmək, yenə də deyirəm, bizim ədalətimizin son nöqtəsiidi.

Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədətam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü vəsuverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin vəmüharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu bizetdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki,əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədərtəzyiqlər olub, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşıbilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki,reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edəbilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkanverməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazanabilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiyaməkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycanrəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcəkheç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğaldövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, ovaxtkıköçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki,biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həllolunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belədə oldu.

Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçməmərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsasməsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıqdövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güctoplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməliidik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqındaməlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləriçatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çoxbeynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi,ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbuletmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi əsasınıtəşkil etmişdir. Biz bir çox ölkələrlə sıx ikitərəfli münasibətlər,bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurduq. Bu dabeynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsihəqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır. Heç kimdən asılıolmayan güclü iqtisadiyyat qurduq. Güclü ordu qurduq - həmOrdumuzun peşəkarlığını artırdıq, eyni zamanda, əldə ediləngəlirlər hesabına silah-sursat, texnika aldıq. Yəni hər gün, hər aybiz Qələbəyə doğru addımlayırdıq və mən bunu işğal dövründədəfələrlə demişdim ki, hər gün biz Qələbəni yaxınlaşdırmalı idik vəyaxınlaşdırdıq. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq,düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və bizmüharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərirki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxtXocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azadedilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdiki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edənantiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhvedildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızdaqanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi vətəslim oldu. Bu da erməni separatçılığına, onların tabutunavurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təminedildi.

Bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışıədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəltəməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bukompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondutərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib,elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənimson qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hərdəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O dainam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıdaquracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızıntəcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq.Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öztariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclüolmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu günqorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülhiçində yaşayır.

Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərsolmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlifyollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq –heç kimə güvənməsin, heç kimə bel bağlamasın. Xarici ölkələrinhərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraqyerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsəçəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbərgöndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimifəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilərAzərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrləbildirmişdik. Hətta internet vasitəsilə reinteqrasiya proqramınıtəqdim etmişik, amma biz adekvat cavab almamışıq. Əksinə,separatçılar və onların arxasında duran qüvvələr daha daazğınlaşmışdı. 2020-ci ilin Zəfərindən 2023-cü ilin antiterrorəməliyyatına qədər buraya dəfələrlə xarici dövlətlərinnümayəndələri qanunsuz gəlmişdilər. Bugünkü mərasimdə o ölkələrinheç adlarını çəkmək istəmirəm. Separatçılara ürək-dirək verməküçün, onları bizə qarşı yenə də təhrik etmək üçün, Azərbaycandövlətini, dövlətçiliyini saymamaq üçün tövsiyələr verilirdi,silahlar göndərilirdi, minalar göndərilirdi. Hesab edirdilər ki,xarici dövlətin burada məskunlaşan kontingenti bizi nədənsəçəkindirəcək. Bizi heç nədən çəkindirə bilməzdi və bir neçə saatərzində davam edən antiterror əməliyyatı bunu bütün dünyayagöstərdi. Bizim iradəmizə qarşı çıxanın başı əziləcək.

Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləriiştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını,qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrıilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağınıitirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nəqədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülərdə. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam,Ordumuza inam.

Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqınınəyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XXəsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruzqalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız özmənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Biz buMemorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki,bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlınabizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. ArtıqAzərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclüdövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 ilərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlətolmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bununtəminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.

Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz,kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki,biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydalarıəsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraqgünahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibəaparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı. Bu günxalqımıza, dövlətimizə olan hörmət, o cümlədən məhz buna görədir. Ovaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq,aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərindoğmaları, yaxınları üçün bu, müəyyən təsəllidir. Allah bütünşəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdəəbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nəErmənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləriunutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, beləfaciələr bir daha təkrarlanmasın.

Seçilən
97
6
az.trend.az

10Mənbələr