AZ

Xocalı Soyqırımı Memorialına mediatur təşkil olunub (FOTO)

Xocalı. Trend:

Media numayəndələri Xocavənd rayonundan sonra Xocalı rayonundaolublar.

Trend-inQarabağ bürosu xəbər verir ki, ilk olaraq Xocalı SoyqırımıMemorialına gələn media nümayəndələrinə Heydər Əliyev Fondununnümayəndəsi Sona Qəti ətraflı məlumat verib.

Bildirilib ki, Xocalı Soyqırımı Memorialı Prezident İlhamƏliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən,Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixihəqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşınqorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiyaəsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərinisoyqırımından qorumağa çalışan rəmzi əllər formasındalayihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraqmemorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazınmüjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıyaədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu,təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayındatörədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əksetdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalısoyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalıyaradılıb.

Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası iləqarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləriolduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecəbaş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dincsakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütündünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmişgünahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olanXocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycanmünaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməniterrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər,xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədimsivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşıcinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalınıntarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalqhüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlıcinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar vəÜmummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqiqiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanandəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur.

İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içindəsəssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhvedilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayətnəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükutaqərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan videovasitəsilə təqdim edilir.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalıhəqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığıardıcıl siyasət, Heydər Əliyev Fondunun Prezidenti MehribanƏliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımıqurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olmasıistiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər vəinformasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!”beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəaliştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əksetdirilir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımıqurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrinmaketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlətsuverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viranedilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır.

Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anımmərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.

Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milliyaddaşın qorunmasına xidmət edən məkandır.

Xocalı
Xocalı
Xocalı
Xocalı
Seçilən
20
41
az.trend.az

10Mənbələr