ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Oğuz, 24 fevral, Rasim İslamoğlu, AZƏRTAC
Gecə saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəticədə sürücü 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Şərifli xəsarət alıblar. Yaralılar Təcili tibbi yardım heyətinin köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.