AZ

Oğuzda “VAZ-2107” ağaca çırpıldı

Gecə saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

"Yeni Sabah" xəbər verir ki, nəticədə sürücü 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Şərifli xəsarət alıblar.

Yaralılar Təcili tibbi yardım heyətinin köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Telegram kanalımız
Seçilən
0
2
yenisabah.az

10Mənbələr