AZ

Oğuzda maşın işıq dirəyinə çırpılıb

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün gecə saat 02:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü - 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıb.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
7
xalqqazeti.az

10Mənbələr