AZ

ÇL: “Qarabağ” səfərdə “Nyukasl”la üz-üzə – ARENA.AZ

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu 1/8 finala vəsiqə uğrunda İngiltərə təmsilçisi “Nyukasl”la üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı ilk oyun ötən həftə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş və Azərbaycan təmsilçisinin 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı. Cavab görüşü isə bu gün Nyukasldakı “Sent Ceyms Park” stadionunda baş tutacaq. Bu görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Davide Massa olacaq.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə uğurlu çıxışı ilə diqqət çəkir. Ağdam klubu ÇL-in Liqa mərhələsində 8 oyuna topladığı 10 xalla ən güclü 24 komanda arasında yer alaraq pley-offda iştirak hüququ qazanıb. “Nyukasl” isə ÇL-in Liqa mərhələsində 14 xalla 12-ci yeri tutmuşdu.

İngiltərə təmsilçiləri ilə oyunlarda adətən çətinliklə üzləşmiş “Qarabağ” “Nyukasl”la görüşdə də uğursuz gedişata son qoya bilmədi. Amma artıq itiriləsi heç nəyi qalmamış Ağdam klubunun səfərdəki oyunda ən azı layiqli mübarizə aparacağını gözləmək olar. Baxmayaraq ki, artıq mərhələ adlamaq üçün heç bir şans qalmayıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunu
24 fevral

“Nyukasl” – “Qarabağ”
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Payretto (İtaliya).
VAR: Daniele Kiffi (İtaliya).
AVAR: Kristian Dingert (Almaniya).
Nyukasl. “Sent Ceyms Park” stadionu. Saat 00:00.
İlk oyun – 6:1.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
10
arena.az

10Mənbələr