AZ

Millimiz 8 komanda arasında 6-cı oldu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.

Msport.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız turnirdə 6-cı yeri tutub.

Seçilən
0
7
msport.az

10Mənbələr