18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.
Apasport.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç Bakı vaxtı ilə saat 13:20-də başlayıb.
Görüş rəqib komandanın minimalhesablı qələbəsi ilə baş çatıb - 1:0.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə Rusiya (1:7), Özbəkistana (1:3) və Belarus (1:0) yığmaları ilə üz-üzə gəlib.
Yenidən antirekord: Son 9 mövsümün ən aşağı göstəricisi təkrarlandı
Coy-Lens Mikelsdən 100-cü oyun: Tarixdə 7-ci
Anatoli Banişevskinin anadan olmasından 80 il ötür
Emreli 3 ay sonra ilk oyununa çıxdı
Azər Bağırov: “Gözəl təcrübə oldu”