AZ

Azərbaycan millisi Tacikistana da uduzdu

BAKI, 23 fevral. TELEQRAF

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində sonuncu oyununu keçirib.

Teleqraf xəbər verir ki, yığmamız 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında baş tutan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 2-ci dəqiqədə Bixişti Radjabzod vurub. Millimizin üzvü Amin Rzayev 35-ci dəqiqədə təyin olunan penaltidən fərqlənə bilməyib.

Qeyd edək ki, Azərbaycanın U-18 yığması bu turnirdə Belarus seçməsinə 1:0 hesabı ilə qalib gəlib, Özbəkistana 1:3, Rusiyaya isə 1:7 hesabı ilə məğlub olub.

Seçilən
18
7
teleqraf.com

10Mənbələr