AZ

Əjdər Cəfərov baş katib təyin olundu

Azərbaycan Badminton Federasiyasında (ABF) baş katib vəzifəsinə yeni təyinat olub.

KONRKET.az xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu vəzifə Əjdər Cəfərova həvalə olunub.

Cəfərov Əjdər Xosrov oğlu daha öncə ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib. O, idman funksioneri kimi zəngin karyeraya malikdir.

Əjdər Cəfərov 2011 – 2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

O, üç Olimpiya Oyunlarında hakimlik edib:

2010 – Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları

2012 – London Yay Olimpiya Oyunları

2014 – Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunları

Uğurları və təltifləri:

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2012-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Əjdər Cəfərovun yerli və beynəlxalq idman tədbirlərinin təşkilində böyük təcrübəsi var.

Seçilən
1
10
konkret.az

10Mənbələr