AZ

Əjdər Cəfərov baş katib təyin edildi

Azərbaycan Badminton Federasiyasında (ABF) baş katib vəzifəsinə yeni təyinat olub.

Moderator.az Sportnet.az-a istinadla xəbər verir ki, bu vəzifə Əjdər Cəfərova həvalə olunub.

Cəfərov Əjdər Xosrov oğlu daha öncə ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib.

2011-16-cı illərdə isə o, Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb.

İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Seçilən
1
10
moderator.az

10Mənbələr