AZ

Əjdər Cəfərov baş katib təyin edildi

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

“Yeni Sabah” Sportnet.az-a istinadla xəbər verir ki, bu vəzifə Əjdər Cəfərova həvalə olunub.

Cəfərov Əjdər Xosrov oğlu daha öncə ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib.

2011-16-cı illərdə isə o, Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb.

İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.


Telegram kanalımız
Seçilən
14
10
yenisabah.az

10Mənbələr