AZ

Minaya düşən ANAMA əməkdaşının vəziyyəti qənaətbəxşdir

Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində ANAMA-nın əməkdaşı, 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb.

V.Çobanova bədəninin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Seçilən
15
7
xalqqazeti.az

10Mənbələr