Bu gün saat 10:30 radələrində Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Pasiyent ixtiaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
***11:45
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
BAKU.WS xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.
Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.