Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İşğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində minaya düşən şəxsin son vəziyyəti məlum olub.
Milli.Az xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Xankəndi Şəhər Mərkəzi Xəstəxanası və Bərdə Rayon Mərkəzi Xəstəxanasının birgə məlumatında bildirilib ki, fevralın 18-də saat 10:30-da Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbi ilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Pasiyent ixtisaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilir.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.