AZ

Rahim Sterlinq “Feyenoord”a keçdi – Rəsmi – ARENA.AZ

Bir müddət öncə “Çelsi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verərək klubdan ayrılmış Rahim Sterlinq özünə yeni iş yeri tapıb.

Arena.az İngiltərə millisinin sabiq üzvü bundan sonra Niderlandın “Feyenoord” komandasının uğurları üçün çalışacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Rahim Sterlinq futbola “Alfa və Omeqa” klubunda qədəm qoyub. İngilis vinger karyerası ərzində KPR, “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Çelsi”də oynayıb.

“Çelsi” Sterlinqi 2022-ci ilin yayında “Mançester Siti”dən 56,2 milyon avro müqabilində transfer etmişdi. O, London təmsilçisinin heyətində 81 oyuna çıxıb, 19 qol vurub, 15 məhsuldar ötürmə verib.

Sterlinq 2012-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 82 oyun keçirib, 20 qol vurub və 27 məhsuldar ötürmə verib.

Rahim Sterlinqin qənimətlər muzeyindəki bütün kuboklar “Mançester Siti”nin adı ilə bağlıdır – İngiltərə Premyer Liqası çempionluğu (4 dəfə), İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku (5 dəfə) və İngiltərə Super Kuboku (2 dəfə). Həmçinin Sterlinq 2019-cu ildə İngiltərədə ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis sol vingerin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
7
arena.az

10Mənbələr