AZ

“Neftçi” – “Qarabağ” oyunu təxirə salındı – Rəsmi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində fevralın 21-də keçirilməli olan “Neftçi” – “Qarabağ” oyunu təxirə salınıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı “Nyukasl”la (İngiltərə) matça yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib. “Qarabağ”ın rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək. Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik yoxdur.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyununun təxirə salınması ilə bağlı müzakirələr xeyli müddət idi gündəmdə idi. Paytaxt təmsilçisinin buna razı olmaq istəmədiyi vurğulanırdı. Lakin göründüyü kimi, yekunda Ağdam təmsilçisinin istəyi nəzərə alınıb.

“Qarabağ”la “Nyukasl” arasında ilk matç fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək (saat 21:45). Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə təşkil ediləcək. Bu oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
15
9
arena.az

10Mənbələr