AZ

Bu yüksək vəzifə ləğv edildi


Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Gender.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
Bundan sonra səhiyyə nazirinin iki müavini olacaq.
Qeyd edək ki, hazırda Naxçıvan MR-in səhiyyə nazirinin bir müavini var. Belə ki, həmin vəzifəyə B.Məmmədovun 1 dekabr 2025-ci il sərəncamı ilə Rəşadət Nabatov təyinat alıb. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da R.Nabatova həvalə edilib.
Seçilən
12
14
gender.az

10Mənbələr