AZ

Naxçıvanda nazirin birinci müavini vəzifəsi ləğv edildi

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

Heftelik.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Daha əvvəl “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”ya əsasən, nazirin Ali Məclisin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini olub. Fərmanla birinci müavin vəzifəsi ləğv edilib.

Bundan sonra nazirin iki müavini olacaq.

Qeyd edək ki, 1 dekabr 2025-ci ildə Rəşadət Nabatov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Seçilən
22
14
heftelik.az

10Mənbələr