Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Busaat.az trend.az-a istinadla bildirir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.
Belə ki, daha əvvəl “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”ya əsasən, nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və müavini var idi.
Fərmanla birinci müavin vəzifəsi ləğv edilib.
Bununla nazirin Ali Məclis sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.
Məlumat üçün bildirək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Qeyd edək ki, 1 dekabr 2025-ci ildə Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun müvafiq Sərəncamı ilə Rəşadət Nabatov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib. Səhiyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.(mənbə: trend.az)