AZ

Qubada qidadan zəhərlənənlərin hamısı evə buraxıldı -YENİLƏNİB

Fevralın 8-də saat 14:00 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs), Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Redaktor.az-a verilən xəbərə görə, onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfərin hər biri ambulator müalicə üçün evə buraxılıb".

***

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı - 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Seçilən
2
5
redaktor.az

10Mənbələr