AZ

Qubada qidadan zəhərlənənlərin hamısı evə buraxılıb - YENİLƏNİB

Fevralın 8-də saat 14:00 radələrində zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs), Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib: "Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfərin hər biri ambulator müalicə üçün evə buraxılıb".

Gülcahan İman qızı

***

00.44

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.

APA-nın yerli bürosu xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı 1953-cü il təvəllüdlü N. Şabutov, 1953-cü il təvəllüdlü H. Şabutova, 1986-ci il təvəllüdlü A. Şabutova, 2003-cü il təvəllüdlü A. Şabutova, 2003-cü il N. Şabutova, 2010-cu il təvəllüdlü D. Şabutov, 2025-ci il təvəllüdlü G. Şabutova və 1978-ci il təvəllüdlü D. Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Onların paytaxt salatından zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub və onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Bildirilib ki, müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.

Seçilən
1
7
apa.az

8Mənbələr