Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib.
Aznews.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı 1953-cü il təvəllüdlü N. Şabutov, 1953-cü il təvəllüdlü H. Şabutova, 1986-ci il təvəllüdlü A. Şabutova, 2003-cü il təvəllüdlü A. Şabutova, 2003-cü il N. Şabutova, 2010-cu il təvəllüdlü D. Şabutov, 2025-ci il təvəllüdlü G. Şabutova və 1978-ci il təvəllüdlü D. Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Onların paytaxt salatından zəhərləndikləri ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub və onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.