Fransanın cənub-şərqindəki Qrenobl şəhərindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb.
Bu barədə cümə günü "ici” radiosu məlumat yayıb.
"Qrenoblun mərkəzindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb", - məlumatda deyilir.
Qumbaranın salona bir kişi tərəfindən atıldığı bildirilir. Həmin şəxs qumbaranı atandan sonra hadisə yerindən qaçıb.
Partlayış vitrini dağıdıb və altı nəfər yaralanıb. Yaralılardan biri 5 yaşlı uşaq olub.
Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.
/APA