RU

Fransada gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb

Fransanın cənub-şərqindəki Qrenobl şəhərindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb.

Bu barədə cümə günü "ici” radiosu məlumat yayıb.

"Qrenoblun mərkəzindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb", - məlumatda deyilir.

Qumbaranın salona bir kişi tərəfindən atıldığı bildirilir. Həmin şəxs qumbaranı atandan sonra hadisə yerindən qaçıb.

Partlayış vitrini dağıdıb və altı nəfər yaralanıb. Yaralılardan biri 5 yaşlı uşaq olub.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

/APA
Избранный
15
4
7news.az

7Источники