Gözəllik salonuna qumbara partladı: Çox sayda yaralı var
Ajans.az xəbər verir ki, bu barədə cümə günü “ici” radiosu məlumat yayıb.
"Qrenoblun mərkəzindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb", - məlumatda deyilir.Qumbaranın salona bir kişi tərəfindən atıldığı bildirilir. Həmin şəxs qumbaranı atandan sonra hadisə yerindən qaçıb.Partlayış vitrini dağıdıb və altı nəfər yaralanıb. Yaralılardan biri 5 yaşlı uşaq olub.
Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.