EN

Gözəllik salonuna qumbara partladı: Çox sayda yaralı var

Ajans.az xəbər verir ki, bu barədə cümə günü “ici” radiosu məlumat yayıb. "Qrenoblun mərkəzindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb", - məlumatda deyilir. Qumbaranın salona bir kişi tərəfindən atıldığı bildirilir. Həmin şəxs qumbaranı atandan sonra hadisə yerindən qaçıb. Partlayış vitrini dağıdıb və altı nəfər yaralanıb. Yaralılardan biri 5 yaşlı uşaq olub.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Chosen
6
4
Ajans.az

7Sources