AZ

Ağcabədi və Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Ağcabədidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunu xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Ana və üç övladı dəm qazından zəhərlənib. Onlar Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həyatı təhlükələrinin olmadığı deyilir.

Oxşar hadisə Mingəçevir şəhərində də baş verib. Şəhər ərazisində bir ailənin dörd üzvü - 2010-cu il təvəllüdlü D.Yusifli, 2014-cü il təvəllüdlü N.Yusifli, 2015-ci il təvəllüdlü E.Yusifli və 1988-ci il təvəllüdlü N.Yusifova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanların araşdırma aparılır.

Seçilən
15
8
apa.az

10Mənbələr