AZ

Ağcabədidə bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Ağcabədidə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

"Yeni Sabah" xəbər verir ki, Avşar kəndində ana və 3 övladı Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həyati təhlükələrinin olmadığı deyilir.

Oxşar hadisə Mingəçevir şəhərində də baş verib. Şəhər ərazisində bir ailənin dörd üzvü - 2010-cu il təvəllüdlü D.Yusifli, 2014-cü il təvəllüdlü N.Yusifli, 2015-ci il təvəllüdlü E.Yusifli və 1988-ci il təvəllüdlü N.Yusifova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanların araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
4
6
yenisabah.az

2Mənbələr