Ağcabədidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb.
Ana və üç övladı dəm qazından zəhərlənib. Onlar Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həyati təhlükələrinin olmadığı deyilir.