AZ

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

BAKI, TurkicWorld

30 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

TurkicWorld xəbər verir ki, istiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2014019205

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi

1,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

9%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

24 ay

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“Unicapital İnvestisiya Şirkəti” ASC

Seçilən
65
10
turkic.world

10Mənbələr