AZ

Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır

30 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2014019205

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı: 10 000 ədəd

İlkin ticarət qiyməti: 100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi: 1000 000 ABŞ dolları

İllik gəlirlilik faizi: 9%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  24 ay

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter:   “Unicapital İnvestisiya Şirkəti” ASC

Seçilən
19
9
marja.az

10Mənbələr