29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Sözügedən istiqrazlara 5 dekabr 2025-ci il tarixində ticarətə icazə verilmiş, lakin emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ticarət həyata keçirilmədiyindən həmin icazənin qüvvədə olma müddəti başa çatmışdır.
Emitentin müraciəti əsasında, Bakı Fond Birjasının Listinq Komitəsinin müvafiq qərarı ilə istiqrazların ticarətinə yenidən icazə verilmişdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2011019208
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 40 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
İstiqrazların buraxılış həcmi: 4 000 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 24 ay
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC