Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Çin tərəfi britaniyalı parlamentarilərə qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Onun sözlərinə görə, Çin tərəfinin rəsmi açıqlamasından aydın olur ki, məhdudiyyətlər artıq qüvvədə deyil və Si Cinpin bütün parlamentarilərin Çinə sərbəst səfər edə biləcəyini bəyan edib.
KONKRET.az xəbər verir ki, Starmer bu fikirləri Çin Xalq Respublikasının sədri ilə keçirdiyi görüşdən sonra səsləndirib.
Baş nazirin sözlərinə görə, sanksiyalar 2021-ci ildə ümumilikdə yeddi şəxsə qarşı tətbiq olunmuşdu. İndiyədək beş parlament üzvünə (onlardan biri artıq parlament üzvü deyil) və Lordlar Palatasının iki üzvünə Çinə giriş qadağan edilmişdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az