AZ

Starmer: Çin Britaniya parlamentinin üzvlərinə qarşı sanksiyaları ləğv edib

Pekin Çində insan haqları ilə bağlı vəziyyəti tənqid edən Britaniya parlamentinin və Lordlar Palatasının üzvlərinə qarşı sanksiyaları ləğv edib.

Moderator.az "Sky news"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Çin Sədri Si Cinpinlə görüşdən sonra açıqlayıb.

"Çin tərəfinin bəyanatından aydın olur ki, məhdudiyyətlər artıq qüvvədə deyil. Sədr Si Cinpin bildirib ki, bütün parlament üzvləri sərbəst şəkildə Çinə səfər edə bilərlər", - baş nazir bildirib.

Onun sözlərinə görə, sanksiyalar 2021-ci ildə yeddi nəfərə qarşı tətbiq edilmişdi. Bu günədək parlamentin beş (onlardan biri artıq parlament üzvü deyil) və Lordlar Palatasının iki üzvünün Çinə girişi qadağan edilmişdi.

Qeyd edək ki, Starmerin Çinə rəsmi səfəri 31 yanvar tarixinədək davam edəcək.

Seçilən
15
30
moderator.az

10Mənbələr