
Çin Britaniyanın deputatları və Lordlar Palatasının üzvlərinə qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer "Sky News" telekanalına açıqlamasında bildirib:
"Danışıqların nəticələrinə əsasən, Çin tərəfinin bəyanatlarından aydın olur ki, məhdudiyyətlər artıq tətbiq edilmir. Parlament üzvləri indi Çinə sərbəst səfər edə bilərlər," — deyə o bildirib.
Məryəm Quliyeva