AZ

Qol və çiyin ağrısı olan kişidə ölümcül xəstəlik aşkarlandı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyada yaşayan 49 yaşlı kişinin bir il ərzində davam edən qol və çiyin ağrısının səbəbinin dördüncü mərhələ ağciyər xərçəngi olduğu müəyyən edilib.Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.Bildirilib ki, kişi uzun müddət çiyin və qol nahiyəsində artan ağrılar hiss edib. İlkin mərhələdə bu vəziyyət əzələ gərginliyi ilə əlaqələndirilib, daha sonra isə sinirin sıxılması diaqnozu qoyulub. Lakin tətbiq olunan müalicələr və ağrıkəsicilər vəziyyəti yüngülləşdirməyib.Zaman keçdikcə ağrılar daha da şiddətlənib. Xüsusilə gecələr ağrı dözülməz həddə çatıb. Tədricən onun hərəkət imkanları məhdudlaşıb, özünə qulluq etməkdə çətinliklər yaranıb. Aparılan əlavə tibbi müayinələr nəticəsində ağrının əsl səbəbinin dördüncü mərhələ ağciyər xərçəngi olduğu ortaya çıxıb.Müəyyən edilib ki, ağciyərdə yerləşən şiş boyun və qola gedən sinirə təzyiq göstərir. Bu isə güclü çiyin və qol ağrısına səbəb olur. Diqqətçəkən məqam isə odur ki, xəstədə öskürək, nəfəs darlığı kimi ağciyər xərçənginə xas olan klassik simptomlar müşahidə olunmayıb. Bu da diaqnozun gecikməsinə səbəb olub.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
28
demokrat.az

10Mənbələr