AZ

Ötən il sahibkarlıq subyektlərinə 96 mindən çox mənşə sertifikatı verilib

2025-ci il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 96 329 mənşə sertifikatı verilib.

Dövlət Agentliyinin məlumatına görə, bu göstərici 2024-cü ilin göstəricisi ilə müqayisədə 21,6 faiz çoxdur.

Mənşə sertifikatı ixrac prosesinin ayrılmaz hissəsi olmaqla, yerli məhsulların beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.

Seçilən
39
2
vergiler.az

10Mənbələr