2025-ci il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 96 329 mənşə sertifikatı verilib.
Dövlət Agentliyinin məlumatına görə, bu göstərici 2024-cü ilin göstəricisi ilə müqayisədə 21,6 faiz çoxdur.
Mənşə sertifikatı ixrac prosesinin ayrılmaz hissəsi olmaqla, yerli məhsulların beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.
