AZ

Ötən il İspaniya Azərbaycandan 80 min tondan çox neft alıb

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci ildə Azərbaycan İspaniyaya 82 min 575,87 ton xam neft ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 38 milyon 585,23 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü il ilə müqayisədə 3 dəfə, dəyəri isə 3,7 dəfə azdır.

İspaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 0,35 % olub.

Qeyd edək ki, 2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları olan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
43
bakivaxti.az

10Mənbələr