BAKI, 30 yanvar. TELEQRAF
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Teleqraf xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma mərasimində Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi 1/8 finala gedən yolda İngilterənin “Nottingem Forest” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 19 və 26-da keçiriləcək.