AZ

"Qarabağ"ın rəqibi bu komanda olacaq

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibini tanıyıb.

"Cebheinfo.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında keçirilən püşkün nəticəsinə əsasən, Qurban Qurbanovun komandası İngiltərə təmsilçisi "Nyukasl" ilə qarşılaşacaq.

Komanda ilk oyunu evdə, cavab görüşünü isə səfərdə keçirəcək. Pley-off mərhələsinin matçları fevralın 17-18 və 24-25 tarixlərində təşkil olunacaq.

Əgər "Qarabağ" bu raundu keçə bilsə, 1/8 finalda ya "Barselona" (İspaniya), ya da "Çelsi"yə (İngiltərə) rəqib olacaq. Qeyd edək ki, Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsini 10 xalla 22-ci pillədə tamamlamışdı.

"Cebheinfo.az"

Seçilən
68
50
cebheinfo.az

10Mənbələr