AZ

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Nyukasl"ın tarixi

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi İngiltərənin "Nyukasl Yunayted" komandası olub.

Milli.Az xəbər verir ki, "Nyukasl Yunayted "(ing. Newcastle United Football Club) İngiltərənin ən köklü futbol klublarından biridir.

Klub 1892-ci ildə İngiltərənin Nyukasl-apon-Tayn şəhərində yaradılıb. Ev oyunlarını St. James' Park stadionunda keçirir. Stadionun tutumu təxminən 52 000 tamaşaçıdır.

"Nyukasl Yunayted" İngiltərə Premyer Liqasında çıxış edir. Klubun ənənəvi forması qara-ağ zolaqlı köynəkdir və bu rənglər komandanın əsas simvoludur. Azarkeşləri "The Magpies" (Sağsağanlar) ləqəbi ilə tanınır.

Komandanın nailiyyətlərinə daxildir:

4 dəfə İngiltərə çempionu.

6 dəfə İngiltərə Kubokunun qalibi.

1 dəfə İntertoto Kubokunun qalibi.

Hazırda klub İngiltərə çempionatıda 23-cü turdan sonra 33 xal toplayaraq 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Pley-off oyunları 17-18 fevral və 24-25 fevralda oynanılacaq. "Qarabağ" ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək.

"Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini beşinci pillədə başa vuran "Barselona" və ya altıncı yerin sahibi "Çelsi" ilə üz-üzə gələcək.

Ayxan
Milli.Az

Seçilən
65
50
milli.az

10Mənbələr