AZ

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. 1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə əsasən, Ağdam təmsilçisi İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk oyunları gələn ilin 17-18 fevral, cavab qarşılaşmaları isə 24-25 fevral tarixlərində keçiriləcək.

Qeyd edək ki, Liqa mərhələsində rəqibindən daha aşağı pillədə qərarlaşan “Qarabağ” ilk matçını doğma meydanda – Bakıda keçirəcək. Cavab görüşü isə səfərdə baş tutacaq.

Seçilən
5
42
1news.az

10Mənbələr