AZ

Qazaxıstanın yeni konstitusiyasının ilk layihəsi təqdim olunub

Bakı. Trend:

Qazaxıstanın yeni konstitusiyasının ilk layihəsi aidiyyəti üzrəmüvafiq komissiyanın iclasında təqdim olunub. Sənədi KonstitusiyaMəhkəməsi sədrinin müavini Bakıt Nurmuxanov təqdim edib.

Trend xarici KİV-əistinadən xəbər verir.

Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, sənəd layihəsimüqəddimə, 11 bölmə və 95 maddədən ibarətdir.

2025-ci ildə ölkə prezidenti Kasım Jomart Tokayev konstitusiyayadəyişikliklər etməklə ikipalatalı parlamentin birpalatalıparlamentə çevrilməsini təklif etmişdi. O bildirmişdi ki,islahatların müzakirəsi təxminən bir il çəkə bilər və 2027-ci ildəreferendum keçirilə bilər.

2026-cı ilin yanvarında prezident həmçinin vitse-prezidentvəzifəsinin təsis edilməsini, məşvərətçi orqanların islahını,konstitusiyanın müqəddiməsinin dəyişdirilməsini və digərdüzəlişlərin edilməsini təklif edib. İslahatların hazırlanmasıməqsədilə yaradılmış konstitusiya komissiyasının üzvləri 29 yanvartarixində keçirilən iclasda belə qənaətə gəliblər ki, ölkədə yeniəsas qanun qəbul edilməlidir, çünki dəyişikliklər mövcudkonstitusiyanın 80 faizindən çoxunu ehtiva edir.

Məqalədə:
Seçilən
24
18
az.trend.az

10Mənbələr