AZ

Qazaxıstan yeni Konstitusiyanın ilkin layihəsini təqdim edib

Ajans.az Qazaxıstan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədi Konstitusiya Məhkəməsi sədrinin müavini Bakıt Nurmuxanov təqdim edib. Bildirilib ki, layihə preambula, 11 bölmə və 95 maddədən ibarətdir. Qeyd edək ki, 2025-ci ildə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Konstitusiyaya dəyişikliklər etməklə ikipalatalı parlamentin birpalatalı parlamentlə əvəzlənməsini təklif etmişdi. O zaman prezident bu islahatların müzakirəsinin təxminən bir il davam edə biləcəyini və 2027-ci ildə referendumun keçirilməsinin mümkün olduğunu bildirmişdi. Bu ilin yanvarında Tokayev, həmçinin vitse-prezident vəzifəsinin yaradılması, məsləhətçi orqanlarda islahatların aparılması, Konstitusiyanın preambulasında dəyişikliklər edilməsi və bir sıra digər düzəlişləri gündəmə gətirmişdi. İslahatların hazırlanması məqsədilə yaradılan konstitusiya komissiyasının 29 yanvarda keçirilən iclasında üzvlər təklif olunan dəyişikliklərin mövcud Konstitusiyanın 80 faizindən çoxunu əhatə etdiyini bildirərək, ölkənin yeni Konstitusiya qəbul etməsinin məqsədəuyğun olduğu qənaətinə gəliblər. Prezident daha əvvəl referendumun tarixinin komissiyanın işinin nəticələrinə əsasən müəyyən ediləcəyini bəyan edib.

 

Seçilən
29
4
Ajans.az

10Mənbələr