AZ

Qazaxıstanda yeni Konstitusiyanın qəbul edilməsi təklif olunub

Astana, 29 yanvar, AZƏRTAC

Qazaxıstanda Respublika Vəkillər Kollegiyasının sədri Madi Mırzaqarayev Konstitusiya Komissiyasının işi çərçivəsində yeni Konstitusiyanın qəbul edilməsi məsələsinə baxılmasını təklif edib.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, o, bütün təklif olunan dəyişikliklərin cəmiyyətin aktual tələblərinə və zamanın çağırışlarına uyğun olduğunu vurğulayıb.

“Bu dəyişikliklər üzrə yekun qərarı Qazaxıstan xalqı verəcək. Onların taleyini referendum müəyyən edəcək”, – deyə Mırzaqarayev bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
33
13
azertag.az

10Mənbələr