AZ

UEFA rəsmisi “Qarabağ”ı təbrik edib

Bakı, 30 yanvar, AZƏRTAC

UEFA-nın baş katibinin müavini Corco Marketti "Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki,o, bu barədə İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində deyib. Qurum rəsmisi Ağdam təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanmaqla hər kəsi təəccübləndirdiyini bildirib.

Qeyd edək ki, “Qarabağ” liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vurub.

Seçilən
1
50
azertag.az

10Mənbələr