AZ

ABŞ Orta Şərqə daha bir döyüş gəmisi göndərib

ABŞ

ABŞ-ın İranla münaqişə ehtimalı davam edərkən, bölgədəki dəniz gücünü artırmaq məqsədilə Orta Şərqə yeni bir esmines göndərdiyi bildirilir.

xəbər verir ki, bu barədə ABŞ mərkəzli "CBS News" məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, ABŞ İranla bağlı hücum hazırlıqlarını davam etdirir. ABŞ Donanmasından adı açıqlanmayan rəsmi bildirib ki, “USS Delbert D. Black” esminesi Orta Şərq regionuna yerləşdirilib.

Beləliklə, bölgədəki ABŞ esmineslərinin sayı 6-ya çatıb. Əlavə olaraq, bölgədə 3 digər döyüş gəmisi və “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi də fəaliyyət göstərir.

Məryəm Quliyeva

Seçilən
68
17
xalqcebhesi.az

10Mənbələr