AZ

“Bavariya” Upamekanonun yeni müqavilə bağlaması üçün son tarixi təyin edib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Münhenin “Bavariya” klubunun müdafiəçi Deotşankül (Dayo) Upamekanonun klubla müqaviləsinin uzadılması ilə bağlı qərar verməsi üçün 1 fevral bazar gününə qədər son tarix təyin edib.

İdman.Biz “Bild”ə istinadən xəbər verir ki, hazırkı təklif yalnız bu tarixə qədər qüvvədədir.

“Bavariya” müdafiəçiyə illik 20 milyon avro maaş, təxminən 20 milyon avroluq imza bonusu təklif edir və 2027-ci ildə qüvvəyə minəcək müqaviləyə satınalma bəndini də daxil edib.

Upamekano “Bavariya”ya 2021-ci ilin yayında “RB Leypsiq”dən qoşulub. Bu mövsüm o, bütün klub yarışlarında 25 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
44
icma.az

10Mənbələr